Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

BadClause ft Dəniz - Nahaqq-Haqq | Текст песни

[Verse: 1]
[BadClause]
Dәniz sәn özün bilirdin ki, yarım aldı sevgi özgә payından
Dekabrım qara­qura xatirәmdi yanvar ayından
Mәn eşqimin vәziri xilafәtm vicdan hayında
Dedilәr dilbәrim gәlib qonaqdı şah sarayında.
O qüsursuz mәlәkdi xasiyyәti eybi qatır
Oğuz elindә gözәl saxlamışdı igidin atın
O? elә bir qәzәldi ki , görәn şair qәlәmi atır
Mәn onun haqda yazmışam deyә sevilir şeriyyatım
[Dәniz]
Miri aldatma özünü dilbәr yar deyil
Özgә atın minәn özgә yurda salar meyl
O gözәl dilbәr hm şah’ә xidmәtdә durar
Sәnә lazım olan qız sәnin evindә salar yer.
Bahәm gülmәdizsә nәyinә gәrәk gülüşü onun
Bahәm gәzmәdizsә qoy yerisin yerişi onun
Sәnә oğuz elindәn xәbәr gәtirәn qaqaşa de ki,
Daha namә almıram neynir elәsin öz işi onun.
[BadClause]
Amma mәni anla Dәniz ruh bәdәnimi tәslim edir
Mәndәn can elә gedir ki, sanki Nәsimi dәrisi gedir
Düzünә düşündüyüm hәr şey indi tәrsә gedir
O dәfә qızla xәyal qurdum uşağımız da dәrsә gedir.
Gәl qopar kökünü güvәndiyim dar ağacın
Mәnә bir mәhәbbәt göstәr usanmadan yara qaçım
Dәrdi qәlbә yarә açır, haram әğyarә saçı
Dedilәr xәstәlәnmişәm tәk divanә yar әlacım.
[Dәniz]
Lap divara ismini yaz, mәtbәxdәn şәklini as
Bürün o alan şәrfә gecәni üfür köksünә bas
Miri, ayıbdı şairә yaraşmaz
Onunla nә xәyal qur nә dә onun haqda şeir yaz.
Bilirsәn niyә? Axı qış qar’ә fәda
Oxumuş şair olammaz demә sәn şeir’ә xәta
Demirәm sevmә filan, demirәm sevmә ilan
Sadәcә özümә rәva deyilsә, görmürәm sәnә dә rәva.
[Chorus: BadClause, Dәniz]
Salam canla başlayan sevgi bitir әlvidayla
Bu elә bir şeirdir ki, afәtin dә qәlbi dayanar
Hamı bizi başa düşür amma sәn özüvü hamı sayma
Biz ruhu tәmiz bәndә biz nahaqq’ı haqdan ayıran (x2)
[Verse: 2]
[BadClause]
Gözәlin eşqi gәlib yıxdı mәni qәfildәn
Vacib mәslәhәt mәni yola döndәr xәlvәtimdәn
Uzağam afәtimdәn, xәbәrsizәm hal­xәtirdәn
Mәn özüm­özümә sığamıram iki cahanı dar gәtirmә.
Dәli şeytanım ağıllanıb şәrik dәrdә bir bu
Yollarımda mәn sәfil amma qalmadı qiymәt­qәdir
Ona yazdığım mahnılardadı şan şöhrәtim
Vә denәn ki, yenә yaz şair yaz o eşqә tök sәtir.
[Dәniz]
Ay şair sәnә nә deyim bundan artıq
Elә bil eyni şәhәrә gedәn ayrı qatarlardayıq
Sәnә ol cahan dar gәlirsә demәli dardayıq
Gec olmadan ayıl ki, bilәk hardayıq
Yaxşı, yaz şair, sәn yaz amma ki, mәncә kifayәtdi
Özün demişdin axı o qız çәkir xәcalәtin
Ya Rәbb bәla gәtir, qoy anlasın rәzalәti
Görәk ondan sonra tәrgizәrmi Miri bu pis adәtin.
[BadClause]
O yeddi notun qiblәsidi tükәnmәz ibadәtim
İstәdin ki, tәrgizim, rәdd eliyim pis adәti
Dәniz, bilirsәn ki, hәr şeirim cәhalәtim
Musiqidә ki, yuxu kimidi gözәl yerdә bitir mәtn.
Yaşıyır guya mәnә görә amma ölür özgә dәrdinә
Qayıtsın istiyәrәm qucağlıyım öpüm yenә
Qәlbim eşqә qul sayılar, dәrdi qalar xәtrimә
Mәslәhәtin әmrin olar silәrәm o yarı xәtrinә
[Dәniz]
Xәtrimә deyildә öz xәtrinә et bunu
Sәnә әn pakı qismәt olar aqibәt budu.
Dahi kәs qolu at yazsa eşqin acı dilindәn
O boğaza nәfәs vermә nәfәsi kәs qurut
Yadda saxla Miri cәnnәtü rizvan ötәndi
Bu yurdda xoşbәxtlik tapmadınsa dәyiş kәndi
Bir dә unutma ki, şair olan şeir’i sevәr
İndi belә deyirsәn amma şair әhli nәqli dәyişkәndi.
[Chorus: BadClause, Dәniz]
Salam canla başlayan sevgi bitir әlvidayla
Bu elә bir şeirdir ki, afәtin dә qәlbi dayanar
Hamı bizi başa düşür amma sәn özüvü hamı sayma
Biz ruhu tәmiz bәndә biz nahaqq’ı haqdan ayıran (x2)


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-