Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Brilliant Dadaşova - Bayatılar | Текст песни

Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Kədərli axmayaydı,
Göz yaşım axmayaydı,
Yad baxmağı bir yana –
Yar yada baxmayaydı.
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.
Qalanın daşı oldum,
Gözünün yaşı oldum.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.
Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.
Yanımda qal biraz da,
Göz yaşı var Arazda,
Yar yuxusun danışıb,
Şəkli qalıb Arazda.
Yenə də axşam oldu,
Gün keçdi axşam oldu,
Gecələr mən alışdım,
Əriyən şam oldu.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Brilliant Dadashova - "Bayatilar" (music: Eldar ... Brilliant Dadashova - "Bayatilar" (music: Eldar ...
    Brilliant Dadaşova - "Bayatılar" (music: Eldar Mansurov, söz: Vahid Əziz), ... Music Eldar ...