Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

BadClause - Şərhsiz | Текст песни

Gözümdə işıq gedirdi bir yana, gedirdi bir yana divar,
Dedim ki, \"başım uçur gedir\" elə bildi ki, qanadı var.
Nə qədər boş vərəq varsa, deməli bir o qədər də qələm var,
Mən reper olmaq istədim, \"Şair\" deyib tanıdılar.

Hörmətim özümə görədi demədilər ki, çağır dayını,
Yaşayış yeri: Xırdalan, məktəbim də filan saylı.
Keçmiş olan yaxınlar, xəyallarda yanımdaydı,
Yuxudan oyanmaq ayrı şey, ayılmaq tamam ayrı.

Mən bir dəfə qələm qoysam, dinləyiciyə dastan gəlir,
Birinci şərt əziyət, sonrasında ad-san gəlir.
Mənçün elə bir babat alliance olmuyubdu HOST'dan bəri,
Düşmənim qalıb qırağda, cındırlıq dostdan gəlir.

Vaxt varıydı şairiydim elə indi də şairəm,
Yazdığım tək mövzu lirika və də ki, lirika sairə.
Biz tərəfdə sevgi gəmisi yanaşmazdı sahilə,
Yenə köhnə sevgililərim hələ də elə bilir ki, xainəm.

Abırsızam zahirən, içdə fərqli biri deyiləm,
Düşmənim ölməyimi istəyər axı məni diri neylər?
... sən də susma, arada bir də dinib eylə,
Mən indi BadClause'am, sənöl köhnə Miri deyləm.

Həyatım adlanan roman, toz basıb indi rəfdə,
Bil. Əvvəla gözüm dolar, sonra dolardı dəftər.
Boş vaxtım olmurdu ki, görüşəbilək hər həftə, bax
Haqqsız olan tərəf sənsən ona görə səhv tərəf mən.

Yazıram bir tərəfdən, cırıb atırdım ard-arda,
Hopubdu deyə iy buraxır tütün köhnə paltardan.
Bu adam düzünü yazsa, səhvdi deyərək unudarlar,
Danışmıyım deyə dodağımı dilimə bağla qandalla.

Elə bil, elə bir hambal var, hər pis işi də yoluna gətirə,
Yaxınlarım yağışa dönsə, zibili də bulana çətirə.
Çalış öncə asanı bacar, prinsipinə getmə çətinə,
Dərd nəqədər böyük olsa, yerləşdirim onu bir sətirə.

Doğma olan kəs doğmadı, doğmadı hər hərfə bil,
Dostum, mənə ağrı vermə, çalış pay elə məlhəmi.
Mənlə birgə kitab açma, sildim ən yaxınımı çünki,
Səhvimi əzbərləyəndə tez çevirdi səhifəni.

Döyünür içdə tərpənir, deməli, yaşıyır kiminçünsə,
Mən əslində darıxdırıcı, maraqlı kiminçünsə.
Özlüyündə düşün biraz, nə üçün ya da kiminçünsən?
Bu mahnı ya həyatdı, ya da mp3dü kiminçünsə.

Hər şeyin bir əvəzi var, çalış xeyri şərə qatma,
Su axar, axarı tapar, yeritmə onu saman altdan.
Nömrə 1 olmağçün sən elə hərəkəti tələbatla,
Qanun budu, \"Sözün düzünü soxurlar elə zarafatla\".

İstedad batır altda, ümid çırağı hələ sönmür,
Bu dəfə mən piyanam, dünya tərsinə dönmür.
Fatihəyə də gərək yoxdu, baş daşıma da yazarsız ki,
Bu qəbir həmişə boşdu, dahilər heç vaxt ölmür.

Yaxşılıqlar əzbərimdə saxlamışam eybi həm də.
Haqqın əgər tapdaq altda, sən də ver işgəncə.
Burda elə vəziyyət var, gözdən düşə xeyli bəndə,
Cındırlığa cındırlıq, padlo deyil məncə.

Arada xeyir itəndə, olar, o kəsi pislə sən,
Böyüklərin sənə günəşdi, kiçiyin üstdə kölgəsən.
Paxıllığdan adına yalan yaxanları da dərd eləmə
Çünki, həmin alçaqlardan bir addım öndəsən.

Dost, mən ayrı bölgəyəm, heç biriviz girişmiyin,
Dinləyicin yaltaqdısa fəxr eləmək bir iş deyil.
Fame'ə can atan əqidələr dəyişsə belə,
Qardaşlığı qırağa atıb sənət uğruna didişmiyin.

Dedilər - \"yaz şair\". Yazdım ona görə dastan,
Sən indi yanımdasan, bəs hara kimi qalassan?
Mən piyanam, dost qınama, həyatına bir qız girəcək,
Qardaş süfrəsində sağlığına rumka vurassan.

Sonuna az qalıbdı dinlə, səbr elə biraz da.
Dəyər verənlə maraqlan,boş gedər ipi buraxsan.
Rəqabətdə bəxtimlə mən, amma arada bir şərt var,
Hər nə olsa da olsun, o vursa sən susassan,

1-2 adam var ki, üzünə söyərəm çıxsa rasta,
Başa salanda kiçiklərini sən ərk eylə vur asta.
Bu bölgədə biz biriksə təməldi Mc. Bus'dan,
\"Xaraba\" da bir yumruğ idi, qalmadı köhnə sostav.

Kruqavoy gedək astav, bir tüstülük həmdəm ol,
Həycanlandım düzdü, alboma çəkəndə qol.
Bugün heçnəyə gec olmasın deyə çalış ki tələs dünən.
Səndən özgə qalan yoxdu bağlıdı mənə tərəf yol.

Yalanla alçaltma özünü ol doğrunu tələb güdən.
Gözümə bax və inan mənə, gərək varmı tərəddüdə?
Atam mənlə fəxr eliyir, xəttdədi Əhmədov,
5 iyul 1997 təvəllüdəm.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-